
Birləşmiş Ştatlar Suriyanın cənub-şərqində, İraqla sərhəddə İrana bağlı qruplaşmalara iki aviasiya zərbəsi endirib.
Bu barədə məlumatı ABŞ-nin müdafiə naziri Lloyd Ostin verib.
Reuters Ostinə istinadla xəbər verir ki, zərbələr Suriya və İraqdakı Amerika bazalarına hücumlara cavab olaraq İran İnqilab Keşçikçiləri Korpusunun (İİKK) Fərat dərəsində Məyadin və Abu Kəmal yaşayış məntəqələrindəki obyektlərinə və onlara bağlı silahlı qruplaşmalara endirilib.
Bildirilir ki, Deyr əz-Zor qəzasındakı Abu Kəmal şəhərində İİKK-nin təlim mərkəzi yerləşir. Zərbələrin nəticələri barədə məlumat yoxdur. Ostinin məlumatında deyilir ki, zərbələrin endirilməsini prezident Co Bayden əmr edib.
Xəbəri daha ətraflı oxumaq üçün səhifəmizin bio-sunda yerləşdirdiyimiz linkə keçid edin.
Gununsesi.info