
ABŞ təyyarələrindən avqustun 30-da Türk ordusunun dəstəyi ilə Azad Suriya Ordusnun Cerablus ətrafında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yardım istənilsə də, yardım göstərilməyib.
Gununsesi. info “Anadolu”-ya istinadən xəbər verir ki, Cerablus ətrafında İŞİD terrorçuları tərəfindən Türk ordusuna məxsus tankı vuran zaman ABŞ təyyarələrindən təcili dəstək verilməsini istənilsə də, Amerikan təyyarələri İŞİD terrorçularını bombalamayıb. Bununla da ABŞ təyyarələrinin Azad Suriya Ordusuna dəstək verməməsi həyata keçirilən əməliyyatları təhlükə altında qoyub. Yəni, ABŞ ordusu İŞİD-in müqaviməti zaman müttəfiqlərinə qarşı xəyanətkar mövqe tutaraq lazımi yardım göstərməyib.
Nəticədə Azad Suriya Ordusunun gücləri və onlara arxadan dəstək verən Türk ordusuna məxsus tank İŞİD terrorçuları tərəfindən vurulub. Nəticədə üç əsgər yaralanıb.
Hadisə avqustun 30-da saat 19.00 radələrində baş verib. İŞİD terrorçuları ağır texnilakardan müqavimət göstərən zaman İncirlikdən havaya qalxan və ərazidə uçan ABŞ-a məxsus qərəcə təyyarələrdən dəstək istəniuləs də, onlar bunu etməyib. Baxmayaraq ki, Türkiyə və ABŞ Cerablusda həyata keçirilən əməliyyat zamanı yerdəki hərəkət edən qüvvələrə havadan dəstək verilməli idi. Ancaq ABŞ bu anlaşmanı yerinə yetirməyib.
Buna baxmayaraq bir müddət sonra Türkiyəyə məxsus qırıcı təyyarələr əməliyyat aparılan ərazidə İŞİD terrorçuların mövqeyini məhv etməklə, yerüstü əməliyyatların uğurla davam etdirilməsinə dəstəyini verib.
Gununsesi.info