ABŞ Suriyadakı İŞİD düşərgələrini vurub

ABŞ Suriyada DEAŞ terror təşkilatına aid olduğu bilinən düşərgələri vurduğunu açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media hesabından Suriyadakı fəaliyyətləri ilə bağlı açıqlama verib .

Açıqlamada Suriyanın mərkəzi bölgələrində DEAŞ-a aid olduğu bilinən bölgələrə hava zərbələri endirildiyi bildirilib.

Açıqlamada, ABŞ Hərbi Hava Qüvvələrinə aid müxtəlif təyyarələr vasitəsilə 75-dən çox hədəfin vurulduğu, hücumlarla bağlı zərər qiymətləndirmə işlərinin davam etdiyi və mülki itkilərin olmadığı bildirilib.

Açıqlamada hücumların Suriyadakı mövcud vəziyyətdən istifadə edərək DEAŞ-ın yenidən strukturlaşmasının qarşısını almaq məqsədilə həyata keçirildiyi bildirilib.

Mövzu ilə bağlı açıqlama verən CENTCOM komandanı general Michael Erik Kurilla, “Əmin olun ki, DAEŞ-in yenidən strukturlaşmasına və Suriyadakı mövcud vəziyyətdən yararlanmasına icazə verməyəcəyik” deyib.

Orxan Saffari

Gununsesi.info