“ABŞ Suriyadakı terrorçulara əməkhaqqı ödəyir” - İDDİA

  • By admin
  • 09 Mart 2018 21:35

ABŞ Suriyadakı terrorçulara əməkhaqqı ödəyir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O vurğulayıb ki, Suriyadakı bütün terror təşkilatları bir mərkəzdən idarə olunur.

Prezident Türkiyə Silahlı Qüvvələrinin tezliklə Suriyada terrorçuları tam məhv edəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info