ABŞ Suriyadan çıxmağı düşünmür

  • By admin
  • 14 Noyabr 2017 22:10

ABŞ Suriyada hərbi mövcudluğunu davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mattis bəyan edib.

O qeyd edib ki, İŞİD terror qruplaşması savaşmaq istədiyi müddətdə ABŞ terrorçularla savaşacaq və böhranın diplomatik həll yolu tapılana qədər bu ölkədəki hərbi mövcudluğunu davam etdirəcək:

“İndiki hədəfimiz İŞİD tamamilə yox olana qədər əməliyyatlarımıza davam etmək və mövqeyimizi qorumaqdır”.

Gununsesi.info