ABŞ Suriyaya niyə hücum etdiyini açıqladı

  • By admin
  • 10 Noyabr 2023 09:30

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın Suriyadakı iranpərəst qruplara qarşı hava hücumunun ABŞ-ın bölgədəki bazalarına hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Gununsesi.info bildirir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında ABŞ təyyarələrinin Suriyaya endirdiyi hava zərbəsi ilə bağlı məlumat verib. Sinq bildirib ki, ABŞ prezidentinin göstərişi ilə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qruplara aid silah anbarı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) bağlı iki F-16 döyüş təyyarəsi tərəfindən vurulub.

Sinq bu əməliyyatın İranın bölgədəki ABŞ bazalarına edilən hücumlara görə məsuliyyət daşıdığına dair açıq bir mesaj verməyə çalışdığını qeyd edib. “Bu hava hücumları həm Suriya, həm də İraqdakı ABŞ bazalarına qarşı davam edən təhdid və hücumlara cavabdır. İslam İnqilabı Keşikçiləri Korpusu və əlaqəli qruplar tərəfindən həyata keçirilib”, – deyə o bildirib.

Sinq bildirib ki, ABŞ-ın hava hücumu onun İsrail-Həmas münaqişəsinə yanaşmasının dəyişdiyini göstərməyib və ABŞ-ın özünümüdafiə hüququndan istifadə etdiyini və bu münaqişəni bölgədə qızışdırmaq niyyətində olmadığını müdafiə edib.

Digər tərəfdən Sinq oktyabrın 17-dən bu yana ABŞ və koalisiya qüvvələrinə pilotsuz uçuş aparatları və raketlərlə İraqda 24, Suriyada 22 olmaqla ümumilikdə 46, ümumilikdə isə 56 hücum edildiyi məlumatını paylaşıb. Bu hücumlarda insanlar yüngül yaralanıb.

Gununsesi.info