ABŞ təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək – Səfir

  • By admin
  • 13 Dekabr 2019 14:53

ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

Gununsesi.org–un bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.

O bildirib ki, ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və sabitliyini dəstəkləyir:

“Əməkdaşlıq çərçivəsində ölkəni təhlükəsizlik sahəsində, xüsusilə də milli sərhədlərin və strateji enerji infrastrukturunun müdafiəsi məsələsində dəstəkləyirik”.

Səfir əlavə edib ki, ABŞ Azərbaycanla müxtəlif istiqamətlərdə strateji əməkdaşlığı genişləndirmək niyyətindədir.

Gununsesi.org