
ABŞ hökuməti Əfqanıstan dövlətinin Amerikadakı bank hesablarında saxladığı dövlət ehtiyatlarını dondurub.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Qeyd olunur ki, qərar ABŞ-ın maliyyə naziri Canet Yellen tərəfindən ABŞ Dövlət Departamenti ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.
Həmçinin ABŞ hakimiyyəti “Taliban”a qarşı əlavə iqtisadi sanksiyaların tətbiq oluna biləcəyini də rəsmən elan edib.