
ABŞ-ın Türkiyənin etirazına baxmayaraq terror təşkilatı PKK-nın Suriya qolu YPD-yə silah və zirehli maşın yardımı davam edir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 180-ə yaxın silah dolu yük maşını Raqqa şəhərinə gəlib.
Belə ki, 22-27 iyul tarixlərində 2 hissədən ibarət avtomobil karvanında müxtəlif silahlar PYD/PKK terror təşkilatına çatdırılıb.
Bu silahların içində çoxlu sayda tank əleyhinə raketlər, yüksək texnologiyalı silahlar və minlərlə qumbaraatan var.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) PKK-nın Suriya qolu YPD-yə verilən silahları siyahısını açıqlayıb.
Siyahıda 12 min 5.45 mm “Kalaşnikov” avtomatı (АК-74), 6 min “PK” tipli pulemyot, 3500 “DŞK” tipli pulemyot, 3 min “RPG-7” qumbaraatanı, 235 ədəd minaatan, 100 ədədə snayper tüfəngi, 450 ədədə “PV-7” tipli gecə görmə cihazı, eləcə də Amerika istehsalı “AT4” bir dəfə istifadə üçün nəzərdə tutulan tank əleyhinə qumbaraatan və Rusiya istehsalı “SPG9” tipli qumbaraatan var.
Anar
Gununsesi.info