ABŞ Suriyanın şimal-şərqində YPG-PYD nəzarətində olan Haseke əyalətində neft emalı zavodu tikir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən Haseke, Deyr əz-Zor və Rakka əyalətləri, demək olar ki, ABŞ tərəfindən idarə olunur. 2015-ci ildən indiyədək ABŞ komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb.
Onlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, daha beşi Suriyanın taxıl anbarı sayılan qonşu Haseke əyalətində yerləşir.
Gununsesi.info