ABŞ Tomahawk raketlərini Ukraynaya verməyə hazırdır

Qərbin yüksək rütbəli hərbi rəsmilərinin məlumatına görə, prezident Donald Tramp ABŞ-ın Kiyevə “Tomahawk” qanadlı raketlərini verməsinə razılıq verərsə, amerikalılar raketlərin Rusiyadakı hədəflərə buraxılmasında kömək göstərə bilər.

Mənbə raketlərin çatdırılmasının təsdiqlənərsə “nisbətən tez” həyata keçiriləcəyini bildirib.

CNAS eksperti Stacey Pettyjohn ABŞ-ın 20–50 raket verə biləcəyini, keçmiş Pentaqon rəsmisi Mark Cancian isə “yüzlərlə” Tomahawk göndərməyə hazır olduğunu vurğulayıb. ABŞ arsenalında təxminən 4 150 belə raket var. NATO mənbəsi Moskvanın cavabının nüvə təhdidi daxil olmaqla “məsuliyyətsiz ritorika” ola biləcəyini, həmçinin Rusiyanın cəbhə boyu hücumlarını gücləndirəcəyini qeyd edib.

Tramp oktyabrın 17-də Zelenski ilə görüşdə Tomahawkların verilməsini müzakirə edəcəyini açıqlayıb.

Rusiya isə belə bir addımı “eskalasiyanın yeni mərhələsi” adlandırıb və raketlərin Ukrayna tərəfindən istifadə olunmasının döyüş balansını dəyişməyəcəyini bildirib.

“Tomahawk” raketlərinin uçuş məsafəsi 1 600–2 500 km-dir və onların verilməsi ilə Ukrayna Rusiyanın arxa cəbhə obyektlərini hədəfləyə bilər.

 

 

Günay

Gununsesi.info