
“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatların inkişafını dayandırmaq üçün Moskvanı bombalaya biləcəyi ilə bağlı bəyanatlarından sonra bir daha ABŞ prezidenti olmamalıdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skot Ritter X sosial şəbəkəsindəki bildirib.
“Əgər seçkiqabağı vədləriniz Rusiya və ya Çini bombalamaqdan ibarətdirsə, o zaman siz ABŞ prezidenti ola bilməzsiniz. Bağışlayın, Donald” – deyə Ritter vurğulayıb.
Xatırladaq ki, mayın 29-da Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni səs-küylü bəyanatla çıxış edib.
Bu dəfə o, Ukraynada hərbi əməliyyatların inkişafını dayandırmaq üçün Moskvanı bombalaya biləcəyini bildirib.
Tramp bu barədə açıq şəkildə deyil, sponsorlarının qapalı dairəsində danışaraq, onları daha çox pul verməyə inandırıb.
Qeyd edək ki, bundan əvvəl siyasətçi artıq 24 saat ərzində münaqişəni dayandıracağına və tərəfləri bir-biri ilə razılığa gəlməyə məcbur edəcəyinə söz vermişdi.
Şəbnəm
Gununsesi.info