Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsinin Türkiyədən keçən hissəsinin maliyyələşdirilməsi ilə bağlı “Botaş” şirkəti ilə müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bunu “Botaş”ın rəhbəri Burhan Özcan deyib.
Lakin məlumata görə, “Qazprom” şirkəti “Türk axını” və “Şimal axını 2” layihələrinin inşaasının ABŞ-ın sanksiyaları səbəbindən baş tutumayacağından narahatdır.
Belə ki, ABŞ prezidenti bir müddət əvvəl Rusiya ilə əlaqəli nəhəng layihələrin inşaasını həyata keçirən şirkətlərə sanksiya və embarqolar tətbiq edilməsi ilə bağlı sərəncam imzalamışdı.
Qeyd edək ki, hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Gununsesi.info