“ABŞ terrorizmlə mücadilədə Türkiyə ilə çiyin-çiyindədir”. Gununsesi info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirlyinin rəsmi Twitter səhifəsində deyilir. Vaşinqtonun iyunun 7-də İstanbulda 11 insanın həyatına son qoyan terror aktını qətiyyətlə pisləyərək, terrorla mücadilədə Türkiyənin yanında olduqlarını bəyan ediblər. Bəyanatda eyni zamanda, terror aktı nəticəsində xəsarət alanların tez bir zamanda sağalması arzu edilib. Ölənlərin ailəsinə isə baş sağlığı verilir.
Xəbər veriyimizi kimi bu gün səhər saatlarında İstanbulun Bəyazit rayonunda terror aktı olub və nəticətə 11 nəfər ölüb, 36 nəfər yaralanıb.
Gununsesi info