Amerikanın Xarici İşlər Nazirliyi Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışını birbaşa dəstəklədiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözcüsü Matteu Miller günlük mətbuat toplantısında jurnalistlərin suallarını cavablayıb.
İsveçin NATO-ya üzvlüyü və “F-16” döyüş təyyarələrinin satışının iki ayrı mövzu olduğunu vurğulayan Miller iki ölkə arasında görüşlərin davam etdiyini söyləyib.
Miller İsveçin Türkiyənin narahatlıqlarını gözə alaraq öz konstitusiyasını dəyişdirdiyini iddia edib.
Tərcümə: Arzu