
ABŞ Fəratın şərqində qalmaq üçün Menbiçdən imtina edə bilər, ancaq Türkiyə mənfəəti üçün Suriya ordusu ilə birlikdə Fəratın şərqində də əməliyyat keçirməlidir.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Naim Baburoğlu çıxış edib.
PKK/PYD-yə qarşı Afrin və Menbiçdə bir əməliyyatın Türkiyənin təhlükəsizliyi üçün yetərli olmayacağına deyən Baburoğlu ABŞ-ın Suriyanın şimalında Menbiçdən geri çəkilməmək üçün müxtəlif ssenariləri gündəmə gətirdiyini bildirib: “Bunlardan ilki əməliyyatın Afrinlə məhdudlaşması, digər variant isə Türkiyə və ABŞ-ın meydan qarşı-qarşıya gəlməsidir. Ancaq Türkiyənin mənfəəti üçün Fəratın şərqində əməliyyat şərtdir”.
Gununsesi.info