ABŞ: Türkiyəyə hər cür yardım etməyə hazırıq

  • By arzu
  • 06 Fevral 2023 19:08

Amerika Birləşmiş Ştatları Türkiyədə yaşanan dəhşətli zəlzələ ilə bağlı açıqlama yayıb

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin Mətbuat Xidmətinin verdiyi açıqlamada Vaşinqtonun Türkiyəyə hər cür yardım etməyə hazır olduğu vurğulanır.

Amerika Türkiyə və Suriyada yaşanan bu zəlzələdən dərin narahatlıq keçirdiyini ifadə edib. Bu ölkənin Prezidenti Co Bayden zəlzələdən ən çox təsirlənən bölgələrə yardım etmək üçün dövlət rəsmilərinə plan hazırlama təlimatını verib.

“Türkiyə ilə koordinasiyalı şəkildə durumu yaxından izləməyə davam edəcəyik”, – deyə Ağ Evdən bildirilib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info