ABŞ Türkiyəyə rüşvət verməkdə ittiham olunur

“ABŞ prezidenti Co Bayden rəsmi Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı razılaşması müqabilində Türkiyəyə gizli kredit verib.”

Gununsesi.info xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş öz məqaləsində qeyd edib.

“Bayden Türkiyəyə 11-13 milyard dollarlıq krediti verəcəyinə söz verdi.”

Herş həmçinin qeyd edib ki, hazırda Türkiyə maliyyə böhranının astanasındadır və nağd inyeksiyalara ciddi ehtiyacı var.

Jurnalist vurğulayıb ki, Vaşinqtonun verdiyi kredit son təkrar seçkilərdən sonra reytinqini saxlamağa çalışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinin dəyişməsində həlledici amil ola bilər.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin Amerika F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi ilə bağlı qərarı da məlum olub.

 

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info