ABŞ Türkiyə və Azərbaycana çağırış edib - RUSİYANIN SANKSİYALARDAN YAN KEÇMƏSİNƏ İMKAN VERMƏYİN!

  • By admin
  • 23 Avqust 2022 14:15

Bayden administrasiyası bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların effektiv olması və mövcud boşluqları aradan qaldırmaq üçün addımlar atır.

Bu arada ABŞ Maliyyə Nazirliyi Türkiyəyə xəbərdarlıq edib ki, Rusiya qurumları və şəxsləri Ukraynaya qarşı müharibə ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün ölkədən istifadə etməyə çalışırlar.

Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi brifinqdə deyib: “Yüksək rütbəli ABŞ rəsmiləri mövcud sanksiyalar rejimini saxlamaq, boşluqları aradan qaldırmaq və Rusiyaya qarşı potensial hədəfləri müəyyən etmək üçün dünya üzrə həmkarları ilə müntəzəm əlaqə saxlayırlar”.

O, Vaşinqtonun Azərbaycan, Gürcüstan və Ermənistanı da Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiyalardan yan keçməsinə imkan verməməyə çağırdığını təsdiqləyib.

Gununsesi.info