ABŞ Türkiyə və Suriyaya yardım ayırdı - ZƏLZƏLƏNİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜÇÜN

ABŞ Senatı zəlzələ fəlakəti ilə əlaqədar Türkiyə və Suriyaya dəstək layihəsini qəbul edib. Qətnamə layihəsində iki ölkənin yenidənqurma səylərinə dəstək tələb olunur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Türkiyə və Suriyada zəlzələ fəlakətindən zərər çəkənlərə dəstəyin göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fevralın 16-da təqdim edilən qərar layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb.

Senatorlar ABŞ hökumətini iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıblar.

Hökumətə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb personalı və təchizat və texniki ekspertlərdən dəstək verməyə dəvət edilib.

Demokrat Partiyasının təqdim etdiyi layihədə iki ölkə xalqına başsağlığı verilib. Həmrəylik mesajı verilərək, 1939-cu ildən bəri ən güclü zəlzələlərin Türkiyədə baş verdiyi də qeydə alınıb.

Bəyanatda “NATO müttəfiqi Türkiyəyə başsağlığı veririk”, – deyilib.

 

Şəbnəm

Gununsesi.info