” ABŞ üçün yaramır!” - Obama Tramp barədə belə dedi

  • By Mayil
  • 12 Oktyabr 2016

obama

ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasının nüfuzlu üzvlərini prezidentliyə namizəd Donald Trampı dəstəkləməkdən rəsmi şəkildə imtina etməyə çağırıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə  “BBC” xəbər yayıb.

Xəbərə görə,  Obama bildirib ki, Tramp Birləşmiş Ştatları beynəlxalq arenada təmsil etməyə yaramır.

“O, nə təbiətinə, nə hazırlıq və bilik səviyyəsinə, nə biliklərə yiyələnmək istəyinə, nə də səmimiyyətinə görə prezidentliyə yaramır” – deyə, ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Kilintona dəstək mitinqində çıxışı zamanı Trampın prezidentliyə yaramadığını dəfələrlə vurğulasa da, onun adını bir dəfə də səsləndirməyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Tramp tolerantlıq, hüquqi proseduralara riayət olunması və qarşılıqlı hörmət kimi dəyərləri şübhə altına qoyur: “Bizim demokratiyamız bu cür işləmir”. 

Gununsesi.info