
Birləşmiş Ştatlar Ukraynanın “Azov” batalyonunun döyüşçülərinin Amerika silahlarından istifadəsinə qoyulan qadağanı ləğv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilir ki, Dövlət Departamenti qeyd edib ki, 12-ci Azov Briqadası ciddi insan haqları pozuntuları törətdiyi aşkar edilən xarici birləşmələrə ABŞ-ın hərbi yardım göstərməsini qadağan edən Leahi Aktına uyğunluq baxımından sınaqdan keçirilib. “Azov ” tərəfindən pozuntulara dair heç bir sübut tapılmayıb.
Dövlət Departamenti qadağanın nə vaxt ləğv edildiyini və Amerika silahlarının artıq Ukrayna batalyonunun sərəncamına çatıb-çatmadığını açıqlamaqdan imtina edib.
WaPo-nun qeyd etdiyi kimi, qadağanın ləğvi Ukrayna rəsmiləri üçün prioritet məsələdir: “Onlar deyirlər ki, bu bölmə 2022-ci ilin yazında Mariupoldakı Azovstal zavodu uğrunda döyüş zamanı Amerika avadanlıqlarına çıxışı olsaydı, daha effektiv ola bilərdi”.
Xatırladaq ki, Azov batalyonu 2014-cü ildə könüllülərdən yaradılıb və 2023-cü ildə Ukrayna Milli Qvardiyasının tərkibinə daxil edilib.
ABŞ 2015-ci ildən Azova Amerika silahlarından istifadəni qadağan etməyə çalışır. 2018-ci ildə isə qadağa rəsmiləşib.
Qeyd edək ki, Azov döyüşçüləri Mariupoldakı Azovstal zavodu uğrunda döyüşlərdən sonra Rusiyaya əsir düşüb.
Gununsesi.info