Almaniyada ABŞ və Ukrayna arasında növbəti danışıqlar mərhələsi başlayıb. Görüşlərdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.
ABŞ-ni danışıqlarda Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner təmsil edir. Məlumata görə, ABŞ tərəfinin irəli sürdüyü təkliflər paketinə Donbas bölgəsinin Rusiyaya verilməsi qarşılığında sülhün təmin olunması və Ukraynanın NATO üzvlüyündən imtina etməsi ilə bağlı müddəalar daxildir.
Gununsesi.info bildirir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzuya belə münasibət bildirib:

“Zənnimcə Ukrayna NATO -dan imtina edə bilər. Amma, V. Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Bunun üçün Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsini tələb edir. Amma, ABŞ hər iki təklifi qəbul etmir. Bu kontekstdə danışıqlar aparılacaq. V. Zelenki ərazi güzəştinə getmeyəcək.
Bu danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir.
Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil. Rusiya Donbasın ona verilməsini tələb edir. Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya -ABŞ qarşısında öz mövqeyini qoruyur.
Demek olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı -Ukrayna arasında siyasi qarşıdurma yaşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ -Avropa İttifaqında dərin çat yaradıb.
“Bu beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır”.
Şəbnəm













