Ukraynalı hərbçilərin Rusiyanın Kursk bölgəsinə daxil olarkən Amerika silahlarının istifadəsi ilə bağlı razılaşmanı pozmayıblar.
Gununsesi.info-nun xəbərinə görə, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Qeyd edək ki, Ukrayna ordusu Kursk bölgəsinə qəfil müdaxilə edərək Moskvada çaxnaşma yaradıb və onu ora əlavə qoşun yeritməyə məcbur edib.
Metyu Miller deyib ki, hərbi əməliyyatların necə aparılması ilə bağlı qərarlar Ukraynanın özünün verdiyi qərarlardır: “Mən Rusiya hökumətinin bəyanatlarını görmüşəm, onlar bunu təxribat adlandırırlar, lakin onlar özləri Ukrayna ərazisini işğal edirlər. Siyasətimizdə heç nə dəyişməyib və ukraynalıların bugünkü hərəkətləri bizim siyasətimizi pozmur”.
Miller əlavə edib ki, Kiyev Kursk bölgəsinə müdaxiləsi ilə bağlı Vaşinqtonu əvvəlcədən xəbərdar etməyib. “Çox vaxt ukraynalılar öz hərəkətləri barədə bizə məlumat vermirlər, bu, onların apardıqları müharibədir və bu, onların qərarlarıdır”.
Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) tədqiqat qrupu hesab edir ki, Ukrayna qüvvələri Kursk bölgəsinə doğru 10 kilometrə qədər irəliləyib.
Ukraynalılar Suca keçid məntəqəsində 40-dan çox hərbçini əsir götürüb.
Afət Abbasova
Gununsesi.info