
ABŞ hökuməti Ukrayna iqtisadiyyatını bərpa etmək və Moldovaya kömək etmək üçün 135 milyon dollar köçürmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki , bu haqqda məlumatı ABŞ-ın Beynəlxalq İnkşaf Komitəsinin nümayəndələri bildirib.
Açıqlanan məlumatlara görə, vəsait ləğv edilmiş ABŞ-Rusiya İnvestisiya Fondundan ayrılacaq. Daha 18 milyon dollar isə Rusiyada vətəndaş cəmiyyətinin və müstəqil təşkilatların dəstəklənməsinə yönəldiləcək.
Xatırladaq ki, Amerika-Rusiya İnvestisiya Fondu Rusiya iqtisadiyyatına investisiyaların təşkili məqsədi ilə 1995-ci ildə yaradılıb. Fond media, istehlak məhsulları və maliyyə xidmətləri də daxil olmaqla bir sıra sahələrə sərmayə qoyub. Bu fond 2008-ci ildə ləğv edilib. Bu arada “The New York Times” qəzetinin jurnalistləri iddia ediblər ki, Birləşmiş Ştatlar hökuməti Ukraynaya silah tədarükü barədə yalan danışıb. Burada əsas məqsəd Aİ ölkələrini bu cür hərəkətlərə təhrik etmək olub.
Tərcümə: Adil Elxanoğlu