“ABŞ Ukraynadakı diplomatların ailələrini təxliyə etməyi düşünür” - "BLOOMBERG"

  • By admin
  • 21 Yanvar 2022 20:14

“ABŞ yaxın günlərdə Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini təxliyə edə bilər”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Plana əsasən, səfirlik əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi gözlənilir.

Diplomatik missiyanın işi üçün vacib funksiyaları yerinə yetirməyən işçilər də ölkəni tərk edə biləcəklər, lakin getmə qərarını özləri verəcəklər.

 

 

Gununsesi.info