ABŞ Dövlət Departamenti Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynadakı səfirliyə 30-40 əlavə işçi göndərməyi və onların təhlükəsizlik məqsədilə tətbiq etdiyi hərəkət məhdudiyyətlərini yumşaltmağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb.
Məlumata görə, Ukraynada olan amerikalı diplomatlar hələlik yalnız Kiyev daxilində sərbəst hərəkət edə bilər və onun hüdudlarından kənara çıxmaq üçün Ağ Evin Milli Təhlükəsizlik Şurasının razılığını almalıdırlar. Bu mexanizm 2012-ci ildə ABŞ-ın Liviyadakı konsulluğuna 4 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra ortaya çıxıb.
“Foreign Policy” Ağ Evin qərarlarının tam olaraq nə vaxt qüvvəyə minəcəyi barədə məlumat vermir. Qanunvericilər fevral ayında Kiyevdəki səfirlik işçilərinin sayının artırılmasından xəbər tutublar.
Xatırladaq ki, noyabrın sonunda Müdafiə Nazirliyi və ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynanın aldığı Amerika hərbi yardımını izləmək üçün yeni konsepsiya imzalayıb.
Gununsesi.info