ABŞ Ukraynadakı münaqişənin Polşaya keçməməsini istəyir

  • By admin
  • 20 Fevral 2022 22:44

Amerika Birləşmiş Ştatlar Ukraynadakı gərginliyin Polşaya keçməsinin qarşısını almaq və ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin “ABC” televiziyasına müsahibəsində deyib.

HTML tutorial

Onun sözlərinə görə, ABŞ Ukraynada qoşun yerləşdirmək niyyətində deyil:

“Biz hərbi personalımızı və polşalı tərəfdaşlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik ki, münaqişə sərhədləri aşmasın. Bu, bizim nəzarət edəcəyimiz bir şeydir. Bunun qarşısını almaq üçün düzgün addımların atılmasını təmin etmək üçün diqqətli olacağıq”.

 

 

Gununsesi.info