ABŞ Ukraynanı dəstəkləməyi prioritet adlandırıb

Ukraynaya hərbi yardım göstərərkən ABŞ-ın prioriteti hava hücumundan müdafiə vasitələridir.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

O, qeyd edib ki, bu prioritet uzun müddətdir ki, qorunur. Onun sözlərinə görə, dəyişikliklər gözlənilmir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrindən hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı xahiş edib.

O, Kiyevin hələ də almadığı zenit-raket komplekslərinin sayının əhəmiyyətli olduğuna diqqət çəkib.

“Messaggero” qəzetinin yazdığına görə, Zelenski “Partiot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı ABŞ ilə danışıqlarda İtaliyanın köməyinə ümid edir.

 

 

 

Gununsesi.info