ABŞ Ukraynanı hədələdi

  • By admin
  • 22 Sentyabr 2016 12:10
sanksiya
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ləğv edilə bilər.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın vitse-prezidenti Cozef Bayden çıxış edib.
Reuters-in  veridyi məlumata görə, C. Bayden deyib ki,  Ukrayna hakimiyyəti  vəd etdiyi iqtisadi, siyasi islahatları həyata keçirməyəcəyi təqdirdə, o zaman Kiyev Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların  ləğvinin şahidi ola bilər: “Bizdə Avropa Birlyinin ən azı beş ölkəsinin  Rusiyaya qarşı tətbiq edilən sanksiyardan “Biz çıxmaq istəyirik” deməyə hazırdırlar. Ona görə də Ukrayna  vədlərini yerinə yetirməməklə bu ölkələrin sanksiyalardan çıxmasına şərait yaratmamalıdır”.
 C.Bayden onu da etiraf edib ki, Ukraynadakı vəziyyətin başladığı ilk günlərdən  həftədə 2-3 saat  Ukrayna liderləri ilə müzakirələr zamanı  onları islahatlar aparmağa  inandırmaqla bağlı vaxt itirir. Bundan əlavə olaraq ABŞ Almaniya, Fransa və İtaliyaya Ukrayna məsələsində təzyiqlər edir.
Gununsesi.info