ABŞ Ukraynanın əks-hücuma başlayacağını açıqlayıb

“Ukraynanın əks hücumu yaxın həftələrdə başlayacaq”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrini dəstəkləyəcəyini bildirib. E.Blinken vurğulayıb ki, Krımın qaytarılıb-qaytarılmaması barədə qərarı isə Ukrayna verəcək.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Oliksiy Reznikov Silahlı Qüvvələrin yaxın vaxtda əks-hücum əməliyyatına başlayacağını söyləyib.

 

Şəbnəm

Gununsesi.info