ABŞ Ukraynanın Avroatlantik gələcəyinin yaradılmasını elan edib

  • By admin
  • 25 Dekabr 2021 21:33

“Biz Ukraynanın suverenliyini, ərazi bütövlüyünü təmin etmək və ölkənin Avroatlantik gələcəyini qurmaq üçün rəsmi Kiyevlə birlikdə işləyirik”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyinin Ukraynanı SSRİ prezidenti Mixail Qorbaçovun istefasının 30 illiyi və Sovet İttifaqının son günü münasibətilə tviterdə paylaşdığı təbrikində deyilir.

HTML tutorial

Qeyd olunub ki, ABŞ və Ukrayna arasında münasibətlər indi həmişəkindən daha güclüdür.

Xatırladaq ki, ABŞ-ın 2022-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 756 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

Həmçinin ABŞ tərəfindən Ukraynaya 4 ədəd “İsland” tipli hərbi kater, “Javelin” tipli tankvuran sistemləri, snayperlərə qarşı, kəşfiyyat, elektron mübarizə vasitələri, gecəgörmə və digər optik cihazları, rabitə sistemləri, tibbi ləvazimat, habelə müxtəlif çaplı atıcı silah və sursat çatdırılıb.

Gununsesi.info