ABŞ Ukraynanın istədiyi silahı verməkdən imtina etdi

  • By admin
  • 29 Dekabr 2022 20:48

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə görüşündə Kiyevə ATACMS uzaqmənzilli raketlərin verilməsi məsələsini qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr qeyd edir ki, Zelenski Vaşinqtona səfəri zamanı Baydendən belə silahların tədarük edilməsini xahiş edib.

Qeyd edilir ki, Ağ Ev daha çox eskalasiyaya səbəb olmamaq üçün Ukraynaya ATACMS verməkdən qəti şəkildə imtina edib.

Gununsesi.info