ABŞ Ukraynaya ən mükəmməl dron və aviasiya sistemləri verəcək - ZELENİSKİNİN KONQRESDƏKİ XAHİŞİNƏ AĞ EV LİDERİNDƏN OPERATİV CAVAB

  • By admin
  • 17 Mart 2022 00:44

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videobağlantı ilə ABŞ Konqresi qarşısında çıxış edib

ABŞ prezidenti Co Bayden martın 16-da deyib ki, Birləşmiş Ştatlar Ukraynaya onun hava məkanının Rusiya qüvvələrindən qorunması üçün lazım olan “uzaqmənzilli” antitəyyarə sistemləri ilə təchizatına dəstək verəcək.

Cənab Bayden bu bəyanatı Ukraynana 1 milyard dollarlıq “tarixi” hərbi yardım barədə sərəncamı imzalamazdan əvvəl verib.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresi qarşısında virtual çıxışında Amerikadan öz ölkəsini müdafiə etmək üçün “güclü və qüdrətli” aviasya sistemləri istəmişdi.

Bayden Zelenskinin çıxışını “inandıcı və əhəmiyyətli” adlandırıb.

Putin heç vaxt qalib gəlməsin deyə

ABŞ prezidenti bildirib ki, ABŞ, NATO və Avropa İttifaqı qarşıdan gələn günlər və həftələrdə “Zelenskiyə və Ukrayna xalqına” daha çox yardım göstərəcək.

Bayden deyib ki, bundan məqsəd döyüş meydanındakı irəliləyişindən asılı olmayaraq Rusiya prezidenti Vladimir Putinin “heç vaxt qələbə çalmayacağından” əmin olmaqdır.

“Amerika xalqı prezident Zelenskinin Ukrayna üçün daha çox kömək, daha çox silah çağırışına Ukraynanın özünü Rusiyanın təcavüzündən qoruması üçün daha çox dəstəklə cavab verir”.

Co Bayden “uzaqmənzili sistemlərin” nədən ibarət olmasının detallarını verməsə də prezident Zelenski ABŞ və NATO-dan spesifik olaraq sovet istehsalı S-300 raketləri istəmişdi.

NATO-nun bəzi üzvlərində – Bolqarıstan, Latviya və keçmiş Varşava paktı ölkələrində S-300 havadan müdafiə sistemləri var.

Reuters agentliyinin yazdığına görə,bundan başqa Bayden Ukraynaya “ən mükəmməl” ABŞ dron sistemləri veriləcəyini deyib.

Sərəncamda taktiki pitotsuz hava sistemləri adlandırılan dronlardan Ukrayana 100 ədədinin çatdırılacağı vurğulanır.

Bayden bildirib ki, Ukraynaya Rusiyanın qırıcı və helikopterlərinin qarşısının alınması üçün 800 dəst Stinger antitəyyarə sistemləri, 9000 antitank silahları, 7000 yüngül silah və bu silahlar üçün 20 milyon güllə və mərmi veriləcək.

Gununsesi.info