ABŞ Ukraynaya 2 milyard dollar əlavə yardım göstərəcək

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Ukraynanın 2 milyard dollarlıq orta və uzunmüddətli xarici hərbi maliyyələşdirmə paketini təsdiqlədiyini bildirib.

Ukraynada səfərdə olarkən Blinken Kiyevə dəstək üçün açıqlamalar verib.

Blinken bildirib ki, ABŞ Ukraynaya oktyabrda 2 milyard dollar məbləğində əlavə xarici hərbi maliyyə ayıracaq.

İki ölkənin təhlükəsizlik müqaviləsi üzərində işləməyə davam etdiyini söyləyən Blinken, bu Razılaşmanın “çox qısa müddətdə”tamamlana biləcəyini vurğulayıb.

(TRT haber)

Gununsesi.info