ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb və bu kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən vəsait hesabına ödəniləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.
Bildirilir ki, bu vəsait Ukraynaya 50 milyard dollar məbləğində kreditlə dəstək verməyə yönəlmiş yeddi qrup ölkələrinin təşəbbüsü çərçivəsində təmin edilib.
ABŞ-ın maliyyə naziri Janet Yellenin qeyd edib ki, Ukrayna üçün ayırılan bu vəsaitlər ölkədə iqtisadi çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Bundan əvvəl ABŞ və digər yeddi qrup ölkələr Ukraynanı maliyyə baxımından dəstəkləməyə hazır olduqlarını bildirmişdilər.