ABŞ Ukraynaya 300 milyon dollar əlavə hərbi yardım edəcək

  • By admin
  • 02 Aprel 2022 15:07

Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardım elan edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytındakı press-relizdə deyilir.

“Bu qərar ABŞ-ın Rusiyanı dəf etmək üçün qəhrəmancasına səylərini dəstəkləmək məqsədilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ bu günə qədər Ukraynaya təhlükəsizlik yardımı üçün artıq 2,3 milyard dollardan çox, o cümlədən Rusiya işğalı başlayandan sonra 1,6 milyard dollardan çox vəsait ayırıb.

Gununsesi.info