ABŞ Ukraynaya ballistik raketlər verə bilər

ABŞ Ukraynanı taktiki ballistik raketlər və ya digər silahlarla təchiz etmək imkanını istisna etmir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

HTML tutorial

“Biz heç bir ehtimalı istisna etmirik… Biz onlarla (Ukrayna ilə – red. ) hər gün danışırıq. Bu həftə Brüsseldə görüş olacaq. ABŞ-ın müdafiə naziri 50-yə yaxın ölkənin iştirakı ilə Ukraynanın ehtiyaclarını müzakirə etmək üçün növbəti dəfə toplantı keçirəcək. Bütün spektrə nəzər salınacaq”, – Kirbi ABC telekanalının efirində bildirib.

Gununsesi.info