ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq etdi - NƏTİCƏSİ AĞIR OLACAQ

  • By admin
  • 11 Aprel 2021 23:08

Birləşmiş Ştatlar Moskvanın Ukrayna sərhədinə hərbi qüvvə cəmləşdirildiyi ilə bağlı narahatlıqlar fonunda Rusiyanın Ukraynaya qarşı “ehtiyatsız və aqressiv hərəkət etdiyi” təqdirdə bunun “nəticələri” ilə qarşılaşacağına dair xəbərdarlıq edib.

Gununsesi.info NBC kanalına istinadən bildirir ki, ABŞI-ın dövlət katibi Entoni Blinken bu barədə danışıb.

O bildirib , prezident Bayden bunu çox aydın şəkildə bildirib: ” Əgər Rusiya ehtiyatsız və aqressiv hərəkət etsə, bunun bədəli olacaq, bunun nəticələri olacaq” .

Son zamanlar Ukrayna hökumət qüvvələri və ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar arasında döyüşlərin intensivləşdiyi müşahidə olunur. Bununla yanaşı, Rusiyanın hərbi qüvvələrini Ukrayna sərhədləri və Rusiyanın ilhaq etdiyi Krım istiqamətində cəmləşdirilməsinə dair sübutlar var.

Kreml Qərbin hərbi qüvvələri geri çəkmək çağırışlarını rədd edərək, bunun təhlükə yaratdığını inkar edib və hərbi qüvvələrin Rusiya daxilində hərəkətinin suveren, daxili məsələ olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov aprelin 11-də “həs kəsin müharibəyə getməyi planlaşdırmadığını” bildirib, lakin Moskvanın Ukraynanın şərqində yaşayan rusdilli əhalinin taleyinə “laqeyd qalmayacağını” əlavə edib.

Britaniyanın xarici işlər naziri Dominik Raab aprelin 11-də London və Vaşinqtonun “Rusiyanın Ukraynada sabitliyin pozulması kampaniyasına qətiyyətlə etiraz etdiyini” bildirib və Rusiyanı vəziyyəti gərginləşdiməməyə çağırıb.

“Dövlət katibi Blinken və mən razılaşdıq ki, Rusiya gərginliyi dərhal azaltmalıdır və ATƏT-də imzaladığı beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”, Raab Twitter səhifəsində yazıb.

Gununsesi.info