ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə kömək edəcək

  • By admin
  • 06 Mart 2022 15:13

ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fond yaradacaq.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Moldova Prezidenti Maya Sandu ilə aparılmış danışıqların yekunlarına dair keçirilən brifinqdə deyib.

“Birləşmiş Ştatlar qaçqınları qəbul etdiyinə görə dünya ictimaiyyətinin minnətdarlığına layiq olan Moldovaya yardım göstərəcək. Co Bayden administrasiyası Ukraynaya və qaçqınları qəbul edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fövqəladə fondun təsdiqini xahiş edib”, – Blinken bildirib.

 

 

Gununsesi.info