ABŞ Ukraynaya yeni yardım paketi elan edəcək

  • By admin
  • 31 Yanvar 2023 21:59

ABŞ tezliklə Ukraynaya əlavə yardım göstərəcəyini elan edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

“Mən tezliklə daha çox təhlükəsizlik yardımı elan edəcəyimizi gözləyirəm”, – deyə Ağ Evin sözçüsü Olivia Daltond bildirib.

Jurnalistlərin ABŞ-ın Ukraynaya F-16-ları göndərib-göndərməyəcəyi ilə bağlı sualına Dalton prezident Co Baydenin “yox” cavaını təkrarlayıb və Vaşinqtonun artıq Ukraynaya verdiyi çox milyardlıq yardımı xatırladıb.

Dalton vurğulayıb ki, Birləşmiş Ştatlar Ukrayna rəsmiləri ilə müntəzəm əlaqə saxlayır və Kiyevin ehtiyac duyduğu yardımı onlarla müzakirə edir.

Bildirilir ki, ABŞ indiyədək Ukraynaya 26,7 milyard dollar yardım edib.

Gununsesi.info