ABŞ uyğur türklərinə görə Çinin doqquz təşkilatına sanksiya tətbiq etdi…

  • By admin
  • 23 May 2020 13:15
ABŞ Senatı Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı təzyiq siyasəti səbəbiylə Çin rəsmilərinə qarşı sanksiyalar haqqında qanun layihəsini hələ mayın 15-də təsdiqləmişdi.
Gununsesi.org xəbər verir ki, ABŞ buna görə doqquz Çin təşkilatını sanksiya siyahısına salıb. Bu sanksiya çərçivəsində doqquz təşkilat ABŞ texnologiyalarına daxil olmaqda məhdudiyyətlərə məruz qalacaq.
Sanksiyalara əsasən bu təşkilatlara ABŞ məhsullarını satın alma nöqtəsində sərt ixrac qaydaları tətbiq ediləcək. Adı çəkilən təşkilatlar insan haqlarını kobud şəkildə pozaraq Çində yaşayan uyğur türklərinə qarşı işgəncələr veriblər. ABŞ-ın Ticarət Departamenti Çinin 24 təşkilatının milli təhlükəsizlik və xarici siyasət maraqlarına uyğun olmayan hərəkətlərdə iştirak etdiyini bildirib.
Qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarılandan sonra Trampın təsdiq edəcəyi gözlənilir.

Gununsesi.org