Qüdrət Həsənquliyev: “BAXCP üçün milli ideya qonşu ölkələrdə yaşayan azərbaycanlılarla milli birliyə nail olmaq, bir ürək kimi döyünməkdir”
Prezidentin erməni faşizmi üzərində qələbədən və Qarabağ üzərində dövlət suverenliyinin bərpa edilməsindən sonra ölkəmizin yeni milli ideyaya ehtiyacının olduğu, yeni dövr üçün yeni hədəflərinin müəyyən edilməsinin zəruriliyi barədə fikrlərini şox bəyəndim.
Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Prezident İlham Əliyevin ölkə televiziyalarına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həqənuliyev qeyd edib ki, Prezident cəmiyyətdə bu istiqamətdə müzakirələrin açılmasını zəruri hesab edir:
“BAXCP üçün milli ideya qonşu ölkələrdə yaşayan azərbaycanlılarla milli birliyə nail olmaq, bir ürək kimi döyünməkdir.
Partiyamız üçün yeni hədəflər isə ədalətli cəmiyyət, hüquqi dövlət, demokratiyanın inkişafıdır. Yeni dövrün yeni hədəflərinin zəruriliyindən çıxış edərək, dövlət müstəqilliyimizi bərpa etməyimizi, işğala son qoymamızı nəzərə alaraq, BAXCP İdarə Heyəti “xalq cəbhəsi” adından imtina barədə partiyanın Ali Məclisinə müraciət etdi.
Milli birliyə nail olmaq üçün əhdimiz “Ədalət, Hüqüq, Demokratiya” olmalıdır. Dövlət quruculuğu istiqamətində Qərbin dövlət idarəetməsinə əsaslanan ciddi konstitusion islahatlar həyata keçirmədən, dövlətin iqtisadiyyata tam nəzarətinə son qoymadan, özəlləşdirməyə getmədən, azad bazar iqtisadiyayatı yaratmadan, Ümumdünya Ticarət Təşkilatına üzv olmadan, məhkəmə islahatları yolu ilə qanunun aliliyini təmin etmədən indikindən artığına nail olmaq mümkün deyil.
Qeyd etdiyim ishatları həyata keçirməklə biz 2050-ci ilə qədər adambaşına düşən ÜDM -in (ümumi daxili məhsul) həcmini 30 min ABŞ dollarına çatdıra bilərik. Azərbaycan islam və türk dünyasının, Şərqi Avropanın siyasi, mədəni, maliyyə mərkəzlərindən biri, bölgənin parlayan ulduzu ola bilər.
Bizim nəinki Şərqi Avropanın, hətta bütövlükdə Avropanın yeni İsveçi, İsveçrəsi olmaq imkanımız var. Bunun üçün həm də düzgün xarici siyasət yürüdülməlidir. ABŞ və Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməli, Avrasiya məkanında Türkiyə, İran , Rusiya və digər türk və keçmiş sovet respublikalarının daxil olduğu yeni iqtisadi birliyin yaradılması istiqamətində çalışmalı, müxtəlif formatlarda qonşularımızla əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmalıyıq.
İranın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla cənubi azərbaycalıların milli hüquqlarının tanınması, onlara öz ana dillərində yazıb-oxumaq imkanının yaradılması məsələsində İranla işləməli, Rusiya və Türkiyədən bu istiqamətdə dəstək istəməliyik”.
Gununsesi.info