ABŞ və Avropa ölkələrinin səfirlikləri seçki prosesini izləmək niyyətindədir

  • By admin
  • 13 Avqust 2024 13:41

1 sentyabr- Milli Məclisə keçiriləcək seçkiləri ABŞ və Avropa İttifaqının ölkəmizdəki diplomatları da izləmək niyyətindədir. 

Gununsesi.info-nun diplomatik korpusdan əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət olunub.

Məlumatda bildirilir ki, MSK hələlik diplomatik korpusa seçkilərin müşahidəsi ilə bağlı rəsmi cavab verməyib.

 

MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli məsələ ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

 

Günay

Gununsesi.info