ABŞ və Böyük Britaniya Yəmənə 6 zərbə endirib

  • By admin
  • 17 Fevral 2024 11:55

Yəməndəki husilər ABŞ və Britaniya hərbi hava qüvvələrinin sahilyanı Hudeyda şəhərinə 6 hücum təşkil etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, husilərə bağlı “Əl-Masirah” TV-də yayımlanan məlumatda ABŞ və İngiltərə hava qüvvələrinin Dureyhimi bölgəsinə hava hücumu təşkil edildiyi iddia edilib.

Bu məlumata görə, hava hücumu Taif şəhərinin Dureyhimi bölgəsində həyata keçirilib. Hücum nəticəsində ölən və yaralananlar barədə ətraflı məlumat verilməyib.

Husilər Hudeydanın Əl-Cubban bölgəsində 2, şəhərin şimalındakı Əz-Zəhra bölgəsində isə 3 hücumun həyata keçirildiyini, ümumilikdə bir gündə bölgədə 6 hücumun həyata keçirildiyini bildirib.

ABŞ və Böyük Britaniya bu məsələ ilə bağlı açıqlama verməyib.

Husilər daha əvvəl ölkənin cənubunda Ədən körfəzində Britaniyaya məxsus “LYCAVITOS” gəmisinə hücum etdiklərini bildirmişdilər.

Gununsesi.info