Bir zamanlar prezident Putinin güvəndiyi “Vaqner” indi onun özünə qarşı çıxıb.
Qrupun rəhbəri Yevgeni Priqojinin qüvvələri Moskvaya doğru istiqamətləndirməsindən sonra Putin hərbi rejim elan edib.
Bəs görəsən, Rusiyada baş verənlərə ABŞ və Avropada necə yanaşılır?
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc Ağ Ev -in prosesləri ciddi izlədiyini deyib. Onun sözlərinə görə, Rusiya ordusunun yüksək rütbəli rəsmiləri ilə Vaqner qrupu arasında qarşıdurmanı izləyir və inkişaflarla bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələr aparacaq.
Britaniya rəsmiləri də şənbə günü Rusiyada vəziyyəti izlədiklərini bildirib. “Növbəti saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnməsində mühüm rol oynayacaq. Bu, son dövrlərdə Rusiya dövlətinin üzləşdiyi ən böyük problemdir,” Britaniya Müdafiə Nazirliyi Twitter-də bildirib.
Gununsesi.info