Böyük Britaniya və ABŞ səfirləri Hüseyn Cavid bağında Navalnının xatirəsini yad etdi - FOTO

  • By admin
  • 20 Fevral 2024 11:45

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi ilə birlikdə həbsxanada dünyasını dəyişmiş Rusiyanın müxalifət lideri Aleksey Navalnının xatirəsini Bakıda yad ediblər.

Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın səfiri Fergus Auld bununla bağlı “X” sosial media platformasındakı hesabında paylaşım edib.

“Bu gün ABŞ səfiri Mark Libbi ilə birlikdə həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”, – deyə o qeyd edib.

Gununsesi.info