ABŞ və Cənubi Koreya nüvə hücumlarının qarşısının alınması barədə sənədi imzaladılar 

ABŞ və Cənubi Koreya nüvə silahının qarşısının alınması barədə planı ehtiva edən sənəd imzalayıblar.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, iki ölkə liderləri Şimali Kareyayanın həmlələrinə qrşı nəzərdə tutulan bu addımı böyük irəliləyiş adlandırıblar.

ABŞ və Cənubi Koreya liderləri bu planın Şimali Koreyanın artan nüvə və raket təhlükəsi fonunda əməkdaşlığı yaxşılaşdırmaq məqsədi daşıdığını bəyan ediblər.

Sənəddə vurğulanır ki, Şimali Koreyanın cənuba qarşı istənilən nüvə hücumu sürətli, sarsıdıcı və qətiyyətli cavabla qarşılanacaq.

Qeyd edək ki, iki ölkə arasında nüvə hücumlarının qarşısının alınması planının təfərrüatları açıqlanmayıb.

 

 

Ceyhun

Gununsesi.info