
ABŞ prezidenti Co Bayden Ağ Evdə Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Gununsesi.info bildirir ki, Ağ Evdən verilən açıqlamaya görə, Bayden və Vanq Çin-ABŞ münasibətlərini müzakirə ediblər. Görüş zamanı iki ölkənin açıq ünsiyyət xətlərini saxlaması lazım olduğunu deyən Bayden, ABŞ və Çinin qlobal problemlərin öhdəsindən gəlmək üçün birlikdə çalışmalı olduğuna diqqət çəkib.
Bayden 2013-2023-cü illər arasında Çində xidmət etmiş və dünən dünyasını dəyişən keçmiş baş nazir Li Keqyanqın vəfatı ilə əlaqədar başsağlığı verib.
Ağ Evdən verilən başqa bir açıqlamaya görə, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da paytaxt Vaşinqtonda Çinin xarici işlər naziri Vanqla görüşüb. Sallivan və Vanq ABŞ-Çin ikitərəfli münasibətləri, İsrail-Həmas münaqişəsi və Rusiya-Ukrayna müharibəsi kimi məsələləri müzakirə ediblər.
Çinin Cənubi Çin dənizindəki “təhlükəli və qanunsuz hərəkətləri” ilə bağlı narahatlığını ifadə edən Sallivan Tayvan boğazında sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulanıb.
Sallivan və Vanq strateji kommunikasiya kanalını açıq saxlamağa və yüksək səviyyəli diplomatik əlaqələri davam etdirməyə, o cümlədən gələn ay San-Fransiskoda Bayden və Çin prezidenti Si Cinpinq arasında görüş üçün birlikdə işləməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Sallivan və Vanq sentyabrda Maltada görüşüblər.
Oktyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinkenin çinli həmkarı Vanq Yi ilə görüşündə ikitərəfli, regional və qlobal məsələlər müzakirə olunub.
Gununsesi.info