ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub.
Gununsesi.info bildirir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.
“ABŞ və Çin təkcə ikitərəfli münasibətləri inkişaf etdirməli deyil, həmçinin beynəlxalq məsuliyyəti öz üzərinə götürməli və qlobal sülhün və sabitliyin dəstəklənməsi üçün səylərini göstərməlidir“-deyə Çin rəhbəri Baydenlə danışığında bildirib.
“ABŞ Çinlə birlikdə bütün dünyada sülhün təmin olunması üçün məsuliyyət daşımalıdır”, – Si Cinpin telefon danışığı zamanı deyib.
O, Ukraynadakı böhranı arzuolunmaz adlandırıb.
“BMT TəhlükəsizlikŞurasının daimi üzvləri və dünya iqtisadiyyatının iki nəhəngi kimi biz Çin və ABŞ münasibətlərini təkcə doğru yila yönəltməklə deyil, həmçinin bütün dünyada sabitliyin olması üçün üzərimizə beynəlxalq məsuliyyət götürməliyik”-deyə Si Szinpin vurğulayıb.
“Sülh və təhlükəsizlik -beynəlxalq ictimaiyyətin ən mühüm var-dövlətidir. Dünya bunun qiymətini bilməlidir. Münaqişələr heç kimin maraqlarına uyğun deyil”– deyən Çin lideri bildirib ki, iki dövlət başçısının ötən ilin noyabrında keçirilmiş son danışıqlarından sonra dünya əhəmiyətli və ciddi dəyişikliklərə məruz qalıb.
Danışıqlar videogörüntü vasitəsilə aparılıb.
Gununsesi.info